Bakı. Trend:
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarındansonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunlar “Sportinq”dən FransişkuTrinçao, “Real”dan Vinisius Junior, “Barselona”dan Rafinya,“Liverpul”dan Dominik Soboslaidir.
Fransişku "Bodo-Qlimt"lə matçda 3 qol ötürməsi verib. Vinisius"Mançester Siti" ilə görüşdə dubl edib. Rafinya "Nyukas"laqarşılaşmada 2 qol vurub və 1 qol ötürməsi edib. Soboslai isə"Qalatasaray"la oyunda fərqlənib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsindəmüəyyənləşəcək.