EN

Kreml: Kiyev “Türk Axını” və “Mavi Axın”a dron hücumlarını artırıb

Kiyev "Türk Axını" və "Mavi Axın" qaz kəmərlərinin infrastrukturuna dron hücumlarını artırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfindən "Türk Axını" və "Mavi Axın" infrastrukturuna hücumlar üçün çoxlu PUA-lardan istifadə olunur.

Peskov Kiyevin Rusiyadakı kompressor stansiyalarına hücum etmək üçün düşünülməmiş və məsuliyyətsiz cəhdlərinin qlobal vəziyyəti daha da qeyri-sabitləşdirə biləcəyini vurğulayıb.

Kremlin sözçüsü Rusiya Silahlı Qüvvələrinin Ukrayna dronlarının Qara dənizdəki enerji infrastrukturuna yaratdığı təhlükəni azaltmaq üçün əlindən gələni etdiyini qeyd edib.

Chosen
57
1
apa.az

2Sources