EN

Kralı utandırmaq təhlükəsi: ABŞ-Britaniya münasibətlərində gərginlik

İran müharibəsi ABŞ və Britaniya arasındakı "xüsusi münasibətləri" sarsıdan yeni bir diplomatik böhrana çevrilib.

Publika.az “Milliyet”ə istinadla xəbər verir ki, Vaşinqtonun müttəfiqlərindən daha çox hərbi dəstək istəyi və Londonun ehtiyatlı yanaşması iki ölkə arasında kəskin polemikaya səbəb olub.

Mübahisənin kölgəsi hətta kral ailəsi proqramına da çatıb. Britaniya siyasətində, Kral III Çarlzın ABŞ-a planlaşdırılan dövlət səfərinin təxirə salınmalı olduğu barədə fikirlər səslənir. Leyborist Partiyasından olan deputat Emili Tornberi bildirib ki, mövcud şəraitdə kral Tramp tərəfindən “utandırıla bilər” və buna görə səfər təxirə salınmalıdır.

Böhranın mərkəzində ABŞ prezidenti Donald Trampın İrana qarşı aparılan müharibədə Britaniyadan daha güclü hərbi dəstək istəməsi dayanır. Londonun bəzi tələblərə ehtiyatla yanaşmasından sonra Tramp Britaniyanın Baş naziri Keir Starmeri sərt sözlərlə tənqid edib.

Chosen
96
publika.az

1Sources