EN

Çin İran müharibəsindən DƏRS ÇIXARIB

“Çin ABŞ-nin İrana qarşı müharibəsindən dərs çıxarır.

Vəziyyətlə tanış olan Qərb rəsmilərinin sözlərinə görə, Çin ordusu gələcək münaqişələrdə faydalı ola biləcək dərslər toplamaq üçün ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsini öyrənir. 

Çin Hind-Sakit okean bölgəsində strateji balansın dəyişdiyini gördükcə ABŞ-ın hücum imkanlarını diqqətlə təhlil edir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazıb. Adı çəkilməməsini istəyən rəsmilərin sözlərinə görə, Pekin ABŞ-nin İrandakı hərbi əməliyyatlarını yaxından izləyib və Tayvanla bağlı potensial münaqişə planlarına daxil edəcəyi dəyərli məlumatlar əldə edib.

Qeyd etmək lazımdır ki, Ermənistan "vahid Çin" siyasətinə sadiqdir və Tayvanı rəsmi olaraq Çinin ayrılmaz hissəsi kimi tanıyır.

Chosen
17
1
cebheinfo.az

2Sources