EN

​“Oynamaq istəmirəm” -

Türkiyənin “Qalatasaray” klubunun baş məsqçisi Okan Burukla ulduz futbolçu Mauro İkardi arasında “soyuq küləklər” əsir.
Metbuat.az xəbər verir ki, ötən gecə keçirilən “Liverpul” - “Qalatasaray” matçında məşqçi ilə yetirməsi arasında skandal baş verib.Okan Buruk zədələndiyi üçün oyuna davam edə bilməyən Noa Lanqı İkardi ilə əvəzlənək istəyib. Amma 32 yaşlı hücumçu Burukdan narazı olduğu üçün “oynamaq istəmirəm” deyərək meydana çıxmaqdan imtina edib. Bundan sonra ehtiyat oyunçular skamiyasında əyləşən yarımmüdafiəçi Kaan Ayhan söhbətə müdaxilə edib. O, İkardinin dilə tutaraq meydana cixmağa razı salıb.

Bu hadisə Türkiyənin futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Davranışına görə İkardinin dərhal qovulmasını tələb edənlərlə yanaşı, uzun müddətdən bəri əsas heyətdə meydana çıxa bilmədiyi üçün ona haqq qazandıranlar da olub.

Chosen
54
metbuat.az

1Sources