EN

Tramp Tokayevi Mayamiyə dəvət edib

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevə məktub göndərərək onu G20 sammiti və Sülh Şurasının növbəti iclası üçün Mayamiyə dəvət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat verib.

“Donald Trampdan məktub dövlət başçısına daxil olub, Amerika lideri dövlətimizin başçısını Sülh Şurasının növbəti iclasında və bu ilin sonunda Mayamidə keçiriləcək G20 sammitində yenidən qarşılamaq fürsətini səbirsizliklə gözlədiyini vurğuladı”, - deyə siyasətçi əlavə edib.

Smadiyarov qeyd edib ki, Tramp Tokayevlə əvvəlki görüşünə görə minnətdarlığını bildirib.

Daşqın HəsənovMissiya.Az

Chosen
35
1
missiya.az

2Sources