EN

Ali Rəhbərin müşaviri: İran müharibədən sonra Hörmüz boğazında yeni rejim tətbiq edəcək

İran müharibədən sonra Hörmüz boğazında yeni rejim tətbiq edəcək.

“Mehr” xəbər verir ki, bu barədə İran Ali Rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Muxbir sahibkarlarla görüş zamanı bildirib.

Onun sözlərinə görə, İran bu müharibədən sonra Hörmüz boğazı üçün yeni bir rejim müəyyən etməklə, sanksiyaya məruz qalmış mövqedən bölgədə və dünyada güclü bir mövqeyə yüksələcək.

Muxbir qeyd edib ki, Hörmüz boğazının strateji mövqeyindən istifadə edərək, İran Qərbin gəmiçilik fəaliyyətini məhdudlaşdıra və onların bu su yolundan keçməsinə imkan verməyə bilər.

Chosen
12
6
aznews.az

7Sources