EN

ABŞ Yaxın Şərqə qoşun göndərməyi götür-qoy edir

ABŞ İrana qarşı əməliyyatını genişləndirmək üçün Yaxın Şərqə minlərlə qoşun yeritməyi düşünür.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi ABŞ rəsmisinə və müzakirələrlə tanış mənbələrə istinadla məlumat yayıb.

Mümkün vəzifələrə tankerlərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək daxildir. Hərbi hava qüvvələri və donanması bunun əsas yükünü daşıya bilər.

İran sahillərinə desant çıxarılması da istisna edilmir.

Xarq adası ətrafındakı vəziyyət ayrıca müzakirə olunur. İran neft ixracının təxminən 90%-i oradan keçir. Mənbələr bildirir ki, adanı məhv etmək əvəzinə, üzərində nəzarəti bərqərar etmək variantı nəzərdən keçirilir.

Mümkün raket və pilotsuz təyyarə hücumları da daxil olmaqla, yüksək risklər qeyd olunur.

Yüksək zənginləşdirilmiş uran ehtiyatlarına nəzarət etmək üçün qüvvələrin yerləşdirilməsi də müzakirə olunur.

Həmsöhbətlər vurğulayırlar ki, quru qoşunlarının yerləşdirilməsi ilə bağlı hələlik yekun qərar verilməyib. Bütün variantlar müzakirə olunur.

Ağ Ev həmçinin yekun qərarın verilmədiyini bildirib.

Musavat.com

Chosen
119
50
musavat.com

10Sources