AZ

ABŞ Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərə bilər

ABŞ administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək üçün əlavə qoşun yerləşdirilməsi variantlarını nəzərdən keçirir.

Missiya.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı mümkün əməliyyatların genişləndirilməsi fonunda minlərlə hərbçinin regiona göndərilməsini müzakirə edir.

Müzakirə olunan variantlar arasında neft tankerlərinin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidinin təmin edilməsi də yer alır. Mənbələr bildirir ki, bu, həm hava-dəniz qüvvələri, həm də quru qoşunlarının İran sahillərinə yerləşdirilməsi ilə həyata keçirilə bilər.

Bundan başqa, ABŞ-nin İranın əsas neft ixrac mərkəzi olan Xarq adası ərazisinə qoşun göndərməsi və uran ehtiyatlarının nəzarətə götürülməsi variantları da müzakirə olunur.

Ağ Ev isə hələlik quru qoşunlarının yerləşdirilməsi ilə bağlı yekun qərarın verilmədiyini açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
93
50
missiya.az

10Mənbələr