EN

Humanitar yardım paylayan deputatın burnunu sındırdılar - VİDEO

Prezident Xavyer Mileyin rəhbərlik etdiyi Azadlıq İrəliləyişi partiyasından olan argentinalı konqresmen humanitar yardım paylayarkən burnunu sındırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tucuman əyalətinin daşqınlardan zərər çəkmiş La Madrid şəhərində baş verib. Federiko Pelli və onun partiya yoldaşları şəhərə zəruri ləvazimatları çatdırıblar.

Şəhərin girişində bir qrup kişi humanitar yardım daşıyan siyasətçini və digər şəxsləri saxlayıblar, onların irəliləməsinə icazə verməyəcəyini bildiriblər. Siyasətçilər və yerli sakinlər arasında qısa söhbətdən sonra naməlum kişi Pellinin üzünə baş zərbəsi endirib.

Nəticədə, deputatın burnu sınıb və xəstəxanaya aparılıb. Şahidlər bildiriblər ki, zərbədən sonra Pelle üzünü tutub dizləri üstə çöküb.

Hücumçu saxlanılıb. Yerli medianın məlumatına görə, o, solçu Ədalət Partiyasından olan əyalətin daxili işlər naziri Dario Monterosla əlaqəli siyasi fəal Marselo Sequra olub. 

Hücumun motivi müəyyənləşdirilir və istintaq davam edir. Sequra isə saxlanılıb.

Chosen
80
50
unikal.az

10Sources