İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.
Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
