EN

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz

Martın 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 2 qumbaraatan, 2 pulemyot, 8 qumbara, 2 alışdırıcı, 20 tüfəng, 107 patron darağı və 7233 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
59
17
1news.az

10Sources