EN

Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram

Bakı, 19 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ürək sözlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Səfir Azərbaycan xalqına əmin-amanlıq, ruzi-bərəkət və rifah arzulayıb.

Diplomat deyib: “Novruz bayramı türk xalqlarının davamlı şəkildə qeyd etdikləri baharın, yenidən doğuluşun və yeni başlanğıcların rəmzidir. Təbiət qış aylarında sanki yuxuya qərq olur, baharın gəlişi ilə isə yenidən canlanır. İnsanlar bu bayramın gətirdiyi sevinc hissi ilə təamlar hazırlayır, bir-birinə qonaq gedir və sevinclərini bölüşürlər. Bu, əslində Uca Yaradana ünvanlanan bir şükranlıq günüdür. Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını diləyirəm”.

Müxbir - Gülay Nəzərova

Fotoqraf - İlqar Cəfərov

Videooperator – Ələkbər Baxşıyev

 

Chosen
88
3
azertag.az

4Sources