EN

“Karvan-Yevlax” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qarşı

Azərbaycan Premyer Liqasında 25-ci tur davam edir.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Bu komandaların 1-ci və 2-ci dövrələrdəki oyununda “Zirə” qələbə qazanıb – 3:2, 1:0.

Digər matçda “Sumqayıt” lider “Sabah”ın qonağı olacaq. Qarşılaşma saat 19:15-də start götürəcək. Bu komandaların 1-ci dövrədəki matçında 1:1 hesabı qeydə alınıb. 2-ci dövrədə isə “Sabah” 3:1 hesabı ilə qalib gəlib. 

19 mart (cümə axşamı)

15:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: 
Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov

VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Yevlax şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
“Bank Respublika Arena”

Chosen
56
3
idmanxeber.az

10Sources