EN

İranda yeni TƏYİNATLAR: Boş qalan postlara onlar gətirildi - FOTOLAR

İranda mühüm dövlət vəzifələrinə yeni təyinatlar reallaşıb.

Musavat.com xəbər verir ki, öldürülən Əli Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının katibi postuna Hüseyn Dehqan təyin edilib.

Qeyd edək ki, Hüseyn Dehqan bundan əvvəl ölkənin müdafiə naziri və İranın Ali rəhbərinin müdafiə sənayesi məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Digər bir mühüm təyinat isə kəşfiyyat sistemində baş verib.

Sui-qəsd nəticəsində həlak olmuş İsmayıl Xatibin yerinə Mustafa Purməhəmmədi yeni kəşfiyyat və milli təhlükəsizlik naziri təyin olunub.

Purməhəmmədi təhlükəsizlik strukturlarında geniş təcrübəyə malikdir. O, müxtəlif illərdə Daxili İşlər Nazirliyinə rəhbərlik edib, prokuror vəzifəsində çalışıb və xarici kəşfiyyat idarəsinə rəhbərlik edib.

Bu barədə məlumatı İranın müxalif media resursları yayıb.

Musavat.com

Chosen
53
47
musavat.com

10Sources