EN

Şri-Lankada benzin satışı nömrə nişanlarına görə tənzimlənir

Bakı. Trend:

Şri-Lankada avtomobillərin nömrə nişanlarına əsasən benzinsatışı sisteminə keçilib.

Trend xəbər verirki, yeni qaydalara görə, cüt nömrəli avtomobillər yalnız cütgünlərdə, tək nömrəli avtomobillər isə tək günlərdə yanacaq alabiləcəklər.

Bu tədbirin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yaranmış enerjiböhranı fonunda növbələri azaltmaq və yanacaq paylanmasını dahasəmərəli təşkil etmək məqsədilə tətbiq olunduğu bildirilir.

Seylon Neft Korporasiyasının (CPC) məlumatına görə, ölkədəyanacaqdoldurma məntəqələrinin əksəriyyəti fəaliyyətini dayandırıb,yalnız az sayda məntəqə açıq qalıb. Sürücülər yanacağın mövcudluğubarədə SMS vasitəsilə məlumatlandırılır, icarəyə götürülmüşnəqliyyat vasitələri üçün isə QR kod sistemi tətbiq olunur. Polisisə yanacaqdoldurma məntəqələrində nəzarəti gücləndirib.

Bundan əlavə, ölkədə yanacaq istifadəsinə məhdudiyyətlər dəqoyulub. Belə ki, ictimai nəqliyyat həftə ərzində maksimum 200litr, fərdi sürücülər isə 15 litrdən artıq yanacaq alabilməzlər.

Chosen
92
az.trend.az

1Sources