EN

Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub

Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub.

"Far.Az" xəbər verir ki, həlledici görüşün iştirakçılarının adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.

"Zirə" "Sumqayıt"ı 5:2 hesabı ilə məğlub edib. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Zirə" finala adlayıb.

Digər yarımfinal oyunu "Aznur" və "Birbaşa Bakı" arasında baş tutub. Matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 üstün olan "Birbaşa Bakı" finala yüksəlib.

Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda reallaşacaq. Üçüncü yer uğrunda görüşdə isə "Sumqayıt" və "Aznur" komandaları qarşılaşacaq.

Chosen
58
2
far.az

3Sources