EN

ABŞ bəzi Rusiya ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyaları ləğv edib

OFAC qərarın səbəblərini açıqlamayıb, siyahıya üç fiziki və üç hüquqi şəxs daxildir...

Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına əsasən, Vaşinqton üç fiziki şəxs və üç şirkətə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib.

Məlumata görə, sanksiyalardan çıxarılan şəxslər arasında Boris Vorontsov, Yelena Tyurikova və Türkiyə vətəndaşı Türken Berk yer alır. Eyni zamanda, BSB Group, Futuris FZE və Turken Dijital Matbaa Teknolojileri adlı şirkətlər də siyahıdan çıxarılıb.

Rəsmi qurum qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verməyib. Lakin ekspertlər bildirirlər ki, bu cür qərarlar adətən sanksiya rejiminin yenidən qiymətləndirilməsi nəticəsində qəbul olunur. Bu, mülkiyyət strukturunda dəyişikliklər, fəaliyyət istiqamətlərinin yenilənməsi və ya siyahıların texniki dəqiqləşdirilməsi ilə bağlı ola bilər.

Analitiklər qeyd edirlər ki, ayrı-ayrı şəxslərin və şirkətlərin sanksiyalardan çıxarılması ümumi sanksiya siyasətinin yumşaldılması anlamına gəlmir, əksinə, hədəfli yanaşmanın davam etdiyini göstərir.

Poliqon.info

Chosen
67
poliqon.info

1Sources