EN

İsrail Xəzər dənizində İran gəmilərinə zərbələr endirdi

İsrail ilk dəfə Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) raket katerlərinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X"də məlumat yayıb.

Jurnalist İsrail rəsmisinə istinadən bildirib ki, zərbələrin hədəfi beşdən çox gəmi olub. Hücum barədə digər detallar açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Xəzər dənizi sahilində yerləşən Bəndər-Ənzəli şəhəri yaxınlığına zərbələr endirilmişdi. Həmin ərazidə İran Hərbi Dəniz Qüvvələrinin qərargahlarından biri yerləşir.

Chosen
135
5
publika.az

10Sources