Misli Premyer Liqasında XXV tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə "Şamaxı" - "Araz-Naxçıvan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 39-a yüksəldərək 4-cü pillədə qərarlaşıb. Yeddinci sırada olan "Sumqayıt"ın isə 32 xalı var.
"Şamaxı" - "Araz-Naxçıvan" 0:1