Misli Premyer Liqasında XXIV tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" Mərdəkanda "Karvan-Yevlax"la üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da reallaşan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adını tabloya yazdırıb. Qonaqların heyətində isə Kayl Spens 51-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır.