Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Cənub bölgəsində İlaxır çərşənbənin səhəri daha təmtəraqla qeyd olunur.
Bu günün ən maraqlı və qədim adətlərindən biri isə səhər tezdən çay üstünə getməkdir.
Lənkəranlılar bu ənənə haqqında Baku TV-yə danışıblar.
"İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" - Lənkəranlılar Novruz ənənəsindən danışdılar - VİDEO
"İlaxır çərşənbənin səhərisi su üstünə gələrək axar sudan götürüb evə aparırlar. Həyət-bacaya, ev-eşiyə səpərlər ki, aydınlıq olsun, ruzili və bərəkətli olsun. Beləliklə, ilin gözəl keçməsi arzu edilir", - sakinlərdən biri qeyd edib.
"Saat 8-də su üstünə gəlirlər. "Ağırlığını, uğurluğunu, dərd və bəlanı su aparsın" deyirlər", - başqa bir sakin əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.