Bakı. Trend:
Ekvadorda fəaliyyət göstərən “Los Lobos” cinayətkarqruplaşmasının lideri Xuan Karlos Mexikoda saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizliknaziri Omar Qarsiya Harfuç “X” sosial şəbəkəsində paylaşımedib.
Nazir bildirib ki, kəşfiyyat məlumatları və beynəlxalqəməkdaşlıq nəticəsində Meksikanın güc və miqrasiya qurumlarınınəməkdaşları “Lobo Menor” kimi tanınan Xuan Karlosu paytaxtda ələkeçiriblər.
Onun sözlərinə görə, saxlanılan şəxs İnterpolun qırmızıbülleteni ilə beynəlxalq axtarışda olub və narkotiklərin qanunsuzdövriyyəsi, hədə-qorxu ilə tələb etmə, eləcə də qətllərləəlaqələndirilir.
Həmçinin qeyd olunub ki, Cənubi Amerika ölkələrininhüquq-mühafizə orqanları onu Ekvadorda prezidentliyə keçmişnamizədin qətlində əsas fiqurlardan biri hesab edir. Qarsiya HarfuçKolumbiya polisinə göstərilən dəstəyə görə təşəkkür edib vəölkələrin transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığınındavam etdiriləcəyini vurğulayıb.