EN

Vens neft şirkətlərinin rəhbərləri ilə görüşəcək



ABŞ-ın vitse-prezidenti Jey De Vens Amerika administrasiyasının əsas rəsmiləri ilə birlikdə ABŞ-İsrail hərbi əməliyyatının yaratdığı enerji böhranı ilə əlaqədar neft şirkətləri rəhbərləri ilə görüşəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Vaşinqtondakı Amerika Neft İnstitutunda keçiriləcək. Qeyd olunur ki, ABŞ administrasiyası yanacaq qiymətlərinin artması ilə bağlı güclü siyasi təzyiqlə üzləşir. Agentlik qeyd edir ki, analitiklər ABŞ hökumətinin enerji qiymətlərini məhdudlaşdırmaq imkanlarının məhdud olduğuna inanırlar.

Anar
Chosen
91
1
newscenter.az

2Sources