EN

Ekvadorlu mafiya başçısı Meksikada həbs edildi

BAKI, 18 mart. TELEQRAF

Ekvadorun "Los Lobos" cinayətkar qrupunun lideri, "Lobo Menor" ləqəbli Xuan Karlos Mexiko şəhərində saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Meksikanın daxili işlər naziri Omar Qarsiya Harfuş məlumat verib.

Nazir X-də yazıb: "Kəşfiyyat işi və beynəlxalq əməkdaşlıq mexanizmləri nəticəsində Ekvadorda fəaliyyət göstərən Los Lobos cinayətkar qrupunun lideri "Lobo Menor" kimi tanınan Xuan Karlos N-ni Mexiko şəhərində saxlayıblar".

O qeyd edib ki, saxlanılan şəxsin Qırmızı Bülletenlə beynəlxalq axtarışda olub. O, narkotik qaçaqmalçılığı, şantaj və qətllərdə ittiham olunur.

Chosen
90
teleqraf.com

1Sources