EN

Parlamentdə mədəniyyət işçilərinin attestasiyasından DANIŞILDIVİDEO

"Müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi zəruridir. Araşdırmalarımız göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var".

Xezerxeber.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib:

Nazir qeyd edib ki, pedaqoji səriştəsizlik uşaqların psixikasında ciddi nöqsanlar yaradır. Onun sözlərinə görə, ötən il musiqi və incəsənət məktəbləri üzrə 4 min təhsilverənin attestasiyası aparılıb. Bu il üzrə isə 8 min təhsilverənin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməkdədir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu attestasiyadan keçə bilməyən müəllimlərin şikayətlərindən danışarkən bildirib ki, onlara sual verərkən narazılıqlarının nə qədər əsaslı olub-olmadığı üzə çıxır.

İctimai dinləmədə həmçinin musiqi və incəsənət məktəblərindəki vəziyyət də müzakirə edilib. Mədəniyyət naziri infrastrukturun narahatedici məsələlərdən olduğunu vurğulayıb.

O da qeyd edilib ki, gələn ildən ölkədə incəsənət olimpiadası keçiriləcək. Elm və Təhsil Nazirliyi ilə əldə edilən razılığa əsasən, olimpiadanın qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
120
xezerxeber.az

1Sources