EN

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az" 

 

Chosen
64
36
cebheinfo.az

10Sources