EN

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyətiqurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsindəittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlısəmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Bildirilir ki, martın 18-də İnterpolun AzərbaycanRespublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalqaxtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin Nazirliktərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2020-2022-ci illərdə “Aqrar İnnovasiya və Təchizatşirkəti” ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyimüddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibaredilmiş əmlakı mənimsəməkdə (Azərbaycan RespublikasıCinayətMəcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmişAzərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlununyeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələbolunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardansonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldəolunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olannüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasınıbir daha təsdiq edir.

Monteneqro Respublikasından ölkəmizə birbaşa reys olmadığındanƏdliyyə Nazirliyi tərəfindən Türkiyə Respublikasının səlahiyyətliorqanları ilə danışıqlar aparılaraq, tranzit icazəsi alınıb vəMənsimov Ramil Yaqub oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq başidarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindənMonteneqrodan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasənmüvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davametdirilir.

Məqalədə:
Chosen
66
33
az.trend.az

10Sources