EN

3 ölkənin neft obyektlərindən uzaq durun –SEPAH-dan xəbərdarlıq

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) xəbərdarlıq edibki, hamı Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin neft və qazobyektlərindən uzaq dursun.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH əsasən Səudiyyə Ərəbistanının Samref emalzavodu, Əl-Cəbil neft-kimya zavodu, BƏƏ-nin Əl-Hosn qaz yatağı,Qətərin Mesaieed Neft-Kimya Holdinqi və Ras Laffan emal zavodununətrafında yaşayan insanlara çağırış edib.

SEPAH bildirir ki, qeyd olunan obyektlər gələn saatlarda birbaşaşəkildə atəşə tutulacaq.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
91
8
az.trend.az

10Sources