EN

Çin elektrik enerjisinin tam kəsilməsi fonunda Kubaya yardım göstərəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 mart, AZƏRTAC

Kubada davam edən enerji böhranı fonunda təxminən 10,9 milyon nəfərin işıqsız qalmasından sonra Pekin Havanaya dəstəyi artıracaq.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, ABŞ-nin neft embarqosu səbəbindən Çin elektriksiz qalan Kubaya Günəş enerjisi təklif edir və bununla bərpaolunan enerji sahəsində gücünü nümayiş etdirir.

Kubanın “CiberCuba” nəşri Pekinin Kubadakı səfiri Hua Sinin sözlərini sitat gətirərək bildirib ki, Çin yeni enerji layihələri vasitəsilə Havanaya dəstəyi artıracaq, əsas diqqət isə Günəş enerjisi kimi bərpaolunan enerji mənbələrinin inkişafına yönəldiləcək.

Çin donorları artıq Günəş enerjisi üçün 5 min ədəd məişət avadanlığı dəsti təqdim edib və bu avadanlıqlar üç Kuba klinikasında və bir qocalar evində quraşdırılıb. Bu barədə cümə axşamı Çinin rəsmi Sinxua informasiya agentliyi məlumat yayıb.

Bundan başqa, Çin Kubada 49 yeni Günəş parkının yaradılmasına kömək edib. 2028-ci ilə qədər onların sayının artırılması planlaşdırılır. Günəş enerjisi istehsalı ötən ilin əvvəlində ümumi enerji istehsalının 5,8 faizini təşkil etdiyi halda, bu ay 20 faizdən çoxa yüksəlib.

Helsinki Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin məlumatına görə, ötən il Çində 20 illik inkişafdan sonra təmiz enerji iqtisadiyyata təxminən 15,4 trilyon yuan (2,2 trilyon dollar) qazandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
75
29
azertag.az

10Sources