EN

1 ci Liqa: Baku Sportinq lə Mingəçevir in duelində qalib olmadı, Şəfa liderliyini möhkəmləndirdi YENİLƏNİR

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan I Liqasında XIX tur start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə iddialılardan "Baku Sportinq" ilə "Mingəçevir" üz-üzə gəlib, lider "Şəfa" isə "Şahdağ Qusar"ı sınağa çəkib. 

Paytaxt və bölgə təmsilçilərinin Buzovnada baş tutan görüşündə qalib müəyyənləşməyibsə, digərindən "Şəfa" qalib ayrılıb. Lider 26-cı dəqiqədə Xəyal Tomarovun qırmızı vərəqə alması ilə azlıqda qalsa da, qələbə topunu vurub. "Şahdağ Qusar"da isə Aqostinyo Çipesse matça əlavə olunmuş dəqiqələrdə meydandan qovulub.  

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası

XIX tur

18 mart 

“Baku Sportinq” – “Mingəçevir” 1:1

Qollar: İ.Allahverdiyev, 8 - K.Kalunqa, 34. 

“Şəfa” – “Şahdağ Qusar” 1:0

Qolar: E.Zamanov, 45. 

18.00. “Səbail” – MOİK 

Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Bayıl Arena”.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
2
fanat.az

5Sources