İsrailin Beyruta zərbəsi nəticəsində “Əl-Mənar”ın siyasi direktoru öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayılıb.
Məlumata görə, Livanda fəaliyyət göstərən Hizbullah hərəkatı ilə əlaqəli “Əl-Mənar” telekanalı İsrailin Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində kanalın siyasi direktoru Məhəmməd Şerinin həyat yoldaşı ilə birlikdə öldürüldüyünü açıqlayıb.
Bildirilib ki, onların uşaqları və nəvələri yaralanaraq xəstəxanaya yerləşdirilib. Şeri Livanda tanınmış jurnalist olub və uzun illər televiziya aparıcısı kimi fəaliyyət göstərib.
Aminə ŞAHSUVARQIZI