EN

İcra Hakimiyyətində yeni təyinat

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına birinci müavin təyin olunub. Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.

O, bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Chosen
31
16
metbuat.az

10Sources