ain.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 28-də, paytaxtın Qurban Xəlilov küçəsində qeydə alınıb. Belə ki, 90-AZ-462 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qarşıda sıxlıq olduğunu görərək yolunu dəyişib. O, qoşa xəttin tələbini pozaraq geriyə dönüb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.