EN

Dövlət Agentliyi: Attraksionlar texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir

"Texniki baxış zamanı təhlükə potensiallı attraksionların istismara hazırlığı, onların təmir edilməsi üçün cavabdeh şəxslərin təyin olunması və onların aidiyyatı üzrə operatorlarla təmin olunması yoxlanılır. Hər bir mexanikləşdirilmiş attraksion istisamara buraxılmamışdan əvvəl texniki pasportu ilə ekspertizadan keçirilərək qeydiyyata alınmalı və texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.

O bildirib ki, Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunması üçün dövlət nəzarətini həyata keçirir: "Atraksionun sahibi hər bir atraksionun təhlükəsiz istismarını təmin etmək üçün əmr verməli və həmin əmrlə cavabdeh şəxsin biliyi yoxlanılmalı və müvafiq vəsiqə ilə təmin edilməlidir. Bu gün baxış keçiriləcək atraksionlarda texniki təhlükəsizlik sertfikatı var. Hazırda istismara yararlıdır".

Chosen
64
2
apa.az

3Sources