EN

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək (FOTO)

Bakı.Trend:

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzeyeksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişəçıxarılacaq.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhərsaat 10:00-dan axşam 22:00-dək “İçərişəhər” stansiyasının birinciyolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola, foto-videoçəkərək tarixin yaddaşına həkk edə bilərlər.

Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş“A”tipli vaqon, habelə 1950-ci illərin istehsalı “Q” və “E” tiplivaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostaljihisslər yaşadacaq.

Vaqonlar bayramla əlaqədar xüsusi bəzədiləcək, həmçinin Novruzbayramının əsas personajlarından sayılan Kosa və Keçəlsərnişinlərin görüşünə gələcək.

Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək“İçərişəhər” stansiyasında məzəli zarafatları, şeirləri,dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil,böyüklərə də xoş anlar bəxş edəcəklər.

Bakı
Bakı
Bakı
Bakı
Məqalədə:
Chosen
37
6
az.trend.az

10Sources