EN

Bu ölkədə gecə klubuna gedən qız kor oldu: Beləsi heç görülməyib FOTO

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərədə gecə klubuna gedən 21 yaşlı qız görmə qabiliyyətini itirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb Kenterberi şəhərində yayılan meningit epidemiyası olub.

Epidemiya mərkəzinin tələbələrin daha çox üz tutduğu "Club Chemistry" adlı gecə klubu olduğu üzə çıxıb.

Bu vaxta qədər kluba üz tutan 15 nəfər meningitə yoluxub, 2 nəfər isə ölüb. 

Hüquq fakültəsində təhsil alan Annabella Makkay da bu xəstəliyə yoluxnalardan biridir.

Gənc qız 21 yaşını klubda qeyd etdikdən sonra halı pisləşib və yerə yıxılıb. Dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılan Annabellaya "meningit B" diaqnozu qoyulub.

"Anam və dostlarım olmasaydı, ölmüş olardım",- deyə o söyləyib.

Tələbə qız  xəstəlik səbəbindən görmə qabiliyyətini itirib və geriyə bilmir.

Epidemiyaya yoluxanlar arasında 9 aylıq Nala Rouz Fletçer də var. Reanimasiyada müalicə alan körpənin vəziyyətinin stabil olduğu bildirilir.

Rəsmilər 18 yaşlı başqa bir məktəblinin də xəstəliyə yoluxduğunu və bölgədə azı 5 məktəbdə yoluxan şəxslərin olduğunu açıqlayıb.

Epidemiyadan sonra Kenterberidə universitetlərdə dərslər və imtahanlar onlayn keçirilir. Tələbələr maska və antibiotik üçün növbəyə durub. Təxminən 5 min tələbəyə peyvənd vurulması planlaşdırılır.

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyininin həkimi Suzan Hopkins 35 illik karyerasında qısa müddətdə bu qədər çox xəstəliyə yoluxma halı ilə rastlaşmadığını söyləyib.

İngiltərə Səhiyyə naziri Ves Striting tələbələrə bir-birləri ilə öpüşməmək, içki və elektron siqaret verməmək barədə xəbərdarlıq edib.

Rəsmilər deyir ki, "Qızıl yumurta bayramı" tətili münasibətilə tələbələrin fərqli ərazilərə səyahət etməsi xəstəliyin daha da yayılmasına səbəb ola bilər.

"Bənzəri görülməmiş" adlandırılan bu vəziyyətin partlayış effekti yaratdığı bildirilir.

Xəstəliyin mənbəyi və bakteriyanın xüsusiyyəyləri araşdırılır.

Qeyd edək ki, meningit beyin və onurğa beynini örtən qişaların iltihabıdır. Bu vəziyyət ciddi sayılır və tez müdaxilə tələb edir.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
olke.az

2Sources