EN

Anar Quliyev: Resurslardan səmərəli istifadə şəhərlərin dayanıqlığını artırır

BAKI, 18 mart. TELEQRAF

“Resurslardan səmərəli istifadə şəhərlərin dayanıqlığını artırır və davamlı inkişafın əsasını təşkil edir”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatı mərasimində deyib.

O bildirib ki, dayanıqlılıq prinsiplərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır:

“Bu yanaşma enerji istehlakının azalmasına imkan verir, böyük tədbirlərin dayanıqlılığını təmin edir və şəhərlərin balanslı inkişafına şərait yaradır. Forum da məhz dayanıqlılıq prinsiplərinin tətbiqinə yönəlib”.

Chosen
78
teleqraf.com

1Sources