EN

İran səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Bu, Azərbaycanın İrana göndərdiyi sayca ikinci humanitar yardımdır.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müçtəba Dəmirçilu deyib.

Səfir Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Azərbaycan belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı-qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır, çətin vəziyyətdə bir-birimizə kömək edirik. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardım edilməsi müsbət addımdır”.

Chosen
68
8
apa.az

9Sources