EN

"Turan Tovuz"un panamalı müdafiəçisi Afrikaya aparılacaq

"Turan Tovuz"un legioneri Roderik Miller Panama millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Mərkəz müdafiəçisi milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iştirak edəcək.

Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.

Chosen
85
sportinfo.az

1Sources