EN

"Fənərbaxça"nın transfer hədəfi bilindi

"Fənərbaxça" "Yuventus"un futbolçusu Lois Opendanın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi transferi mövsümün sonunda həyata keçirmək istəyir. "Fichajes"də dərc edilən xəbərə görə, "Yuventus" futbolçunu birdəfəlik almaq üçün "Leypsiq"ə 44 milyon avro ödəyəcək. Müqaviləyə əsasən "Yuventus" futbolçunu mövsümün sonunda birdəfəlik almalıdır.

Bildirilir ki, İtaliya nəhəngi futbolçunun oyunundan məmnun qalmayıb. “Yuventus” futbolçunun 25 milyon avro civarında məbləğə klubdan getməsinə razılıq verə bilər.

Chosen
56
metbuat.az

1Sources