İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı "Hizbullah" hədəflərinə zərbələr endirməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, Livanın cənubundakı Tir bölgəsindən mülki əhalinin təxliyəsindən və İsraildən gələn raket atəşinə cavab olaraq, İMQ Hizbullah terrorçularının hədəflərinə zərbələr endirməyə başlayıb.