AZ

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İraq Kürdüstanındakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə hədəfə alınıb. PUA hücumu nəticəsində iki təhlükəsizlik işçisi yaralanıb və konsulluq binasına ziyan dəyib.

“İki sahil” BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, BƏƏ Xarici İşlər Nazirliyi bu hücumu regional təhlükəsizlik və sabitliyə təhdid adlandırıb. XİN-nin bəyanatında vurğulanıb ki, diplomatik nümayəndəliklərin və binaların hədəfə alınması bütün beynəlxalq norma və qanunların, xüsusən də diplomatik binaların və şəxsi heyətin tam toxunulmazlığını təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

BƏƏ İraq Respublikası Hökumətini və Kürdüstan Regional Hökumətini bu hücumun səbəblərini araşdırmaq, məsul şəxsləri müəyyən etmək və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

Bəyanatda, həmçinin ölkənin təhlükəsizliyini və sabitliyini pozmağa yönələn bu hücumların qəbuledilməz olduğu, diplomatik binaların, nümayəndəliklərin və onların şəxsi heyətinin beynəlxalq qanun və normalara uyğun olaraq qorunmasının zəruriliyi vurğulanıb.

Seçilən
42
4
ikisahil.az

10Mənbələr