EN

İsrail "Hizbullah" hədəflərinə zərbələr endirməyə başlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı "Hizbullah" hədəflərinə zərbələr endirməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, Livanın cənubundakı Tir bölgəsindən mülki əhalinin təxliyəsindən və İsraildən gələn raket atəşinə cavab olaraq, İMQ Hizbullah terrorçularının hədəflərinə zərbələr endirməyə başlayıb.

Chosen
71
1
ucnoqta.az

10Sources