EN

ABŞ regional münaqişənin Pekinlə münasibətlərə təsir etməsinə imkan verməz - ekspert

ABŞ regional münaqişənin Pekinlə münasibətlərə təsir etməsinə imkan verməz - ekspert

ABŞ hökuməti Yaxın Şərqdəki regional münaqişənin Pekin və Vaşinqton arasındakı normal münasibətlərin inkişafına mane olmasına yol verməməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Şanxay Xarici Dillər Universitetinin beynəlxalq siyasi araşdırmalar üzrə eksperti Qao Çian bildirib. Ekspert vurğulayıb ki, hazırda Çin və ABŞ arasında Prezident Donald Trampın Çinə gözlənilən səfəri ilə bağlı sıx təmaslar davam edir.

Trampın Çinə planlaşdırılan səfərinin təxirə salınması ehtimalına toxunan Qao Çian bunu ABŞ-ın hazırda hərbi münaqişə şəraitində olması ilə əlaqələndirib. Ekspertin sözlərinə görə, Tramp ABŞ Silahlı Qüvvələrinin ali baş komandanı kimi ABŞ, İsrail və İran arasındakı gərginlik fonunda ölkə ərazisini tərk edə bilmir.

Qeyd edək ki, ABŞ Prezidenti bir gün əvvəl Çinə səfərinin təxminən bir ay müddətinə təxirə salına biləcəyini bəyan edib. Əvvəlki planlara görə, səfərin 31 mart – 2 aprel tarixlərində baş tutacağı gözlənilirdi.

Chosen
104
afn.az

1Sources