EN

İsrail Livanın cənubunda "Hizbullah" hədəflərinə zərbələr endirməyə başlayıb

İsrail Livanın cənubunda "Hizbullah" hədəflərinə zərbələr endirməyə başlayıb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus hərbi obyektlərə qarşı genişmiqyaslı hava və artilleriya zərbələrinə başlayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, ordu rəsmilərinin yaydığı məlumata görə, hücumlar Sur şəhəri və ətraf bölgələrdən mülki əhalinin təxliyəsi üçün verilən xəbərdarlıqdan dərhal sonra həyata keçirilib.

SAXAL-ın mətbuat xidməti bu əməliyyatın İsrail ərazisinə endirilən raket zərbələrinə cavab xarakteri daşıdığını vurğulayıb. Məlumata görə, hədəf alınan nöqtələr arasında qruplaşmanın silah anbarları, komanda məntəqələri və raket buraxılış qurğuları yer alır. Xüsusilə son 24 saat ərzində Livanın cənubunda 91-ci və 36-cı diviziyaların iştirakı ilə "məhdud və hədəf yönümlü" quru əməliyyatlarının da intensivləşdiyi bildirilir.

Livanın rəsmi mənbələri isə İsrailin bu hücumları nəticəsində mülki infrastrukturun zərər gördüyünü və Beyrutun mərkəzi hissələri də daxil olmaqla bir çox ərazidə güclü partlayışların baş verdiyini qeyd edirlər.

Chosen
165
29
afn.az

10Sources