EN

SON DƏQİQƏ: İran israilə və dubaya balistik raket yağdırır - VİDEO

Yaxın Şərqdə gərginlik pik həddə çatıb, İranın eyni vaxtda bir neçə istiqamətdə raket hücumları edir. 

Musavat.com xəbər verir ki, İran tərəfindən buraxılan kaset başlıqlı raketlər İsrailin Təl-Əviv şəhərində irimiqyaslı dağıntılara səbəb olub.

Məlumatlara görə, Təl-Əvivdə bir çox infrastruktur obyektləri zədələnib və ya sıradan çıxıb. Yaşayış binalarının bir hissəsi alov içindədir, avtomobillər yanır, şəhərin müxtəlif nöqtələrində dağıntılar var. 

Təl-Əviv

Şahidlərin sözlərinə görə, raketlər havada parçalanaraq onlarla döyüş elementinə bölünüb və geniş ərazini eyni anda vurub. Bu isə şəhərdə “alov yağışı” effekti yaradıb. 

Bildirilir ki, əhali kütləvi şəkildə sığınacaqlara axışır, şəhərdə panika hökm sürür. Xilasedici və təcili yardım xidmətləri gücləndirilmiş rejimdə işləsə də, vəziyyətin ağırlığı səbəbindən müdaxilə çətinləşib.

Beynəlxalq və xüsusilə türk media qurumlarının canlı yayımlarında Təl-Əvivin ağır bombardman altında olduğu açıq şəkildə görünür. Kadrlarda şəhərin müxtəlif hissələrinin alova büründüyü əks olunur.  

Dubay

Eyni zamanda, son məlumatlara görə, İran Dubaya doğru da ardıcıl raket hücumları həyata keçirir. Şəhərin səmasında onlarla alov topu və hava hücumundan müdafiə sistemlərinin partlayışları müşahidə olunur. 

 

Musavat.com

 

Təl-Əvivdən video və fotolar

 

Chosen
71
49
musavat.com

10Sources