Sosial şəbəkələrdə İran tərəfindən atılan raketin İsrail səmasında məhv edildiyi anların görüntüləri yayılıb.
Musavat.com xəbər verir ki, həmin anlar CNN Türk-ün canlı yayımı zamanı qeydə alınıb.
Kadrlarda raketin Tel-Əviv üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək havada zərərsizləşdirildiyi aydın görünür. Müdafiə raketinin hədəfə dəqiq yönəlməsi və partlayış anı şəhər səmasında parlaq işıq effekti ilə müşahidə olunur.
İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı ciddi dağıntı və ya insan itkisi qeydə alınmayıb. Bildirilir ki, İsrailin müdafiə sistemləri hücuma operativ reaksiya verərək mümkün təhlükəni vaxtında aradan qaldırıb.
Qeyd edək ki, bölgədə gərginlik fonunda tərəflər arasında qarşılıqlı hücumların intensivləşdiyi müşahidə olunur. Bu gecə İranın İsraili güclü raket atəşinə tutacağı gözlənilir.
Musavat.com sözügedən videonu təqdim edir.
Musavat.com