EN

Seneqal millisi çempionluqdan məhrum edildi - RƏSMİ

Afrika Futbol Konfederasiyası Afrika Millətlər Kubokunun son qalibi Seneqalın çempionluğunu əlindən alıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin finalçısı Mərakeş texniki qələbə ilə (3:0) çempion elan olunub.

Yarışla bağlı qərar iki aydan sonra açıqlanıb. Final matçında təyin olunan penaltidən sonra seneqallılar meydanı tərk etmiş, uzun müddət geri qayıtmamışdı. Bunu qayda pozuntusu sayan mərakeşlilər Afrika Futbol Konfederasiyasına şikayət ünvanlamışdılar.

Matçın 98-ci dəqiqəsində Brahim Diasa görə təyin olunan penaltiyə etiraz edən seneqallılar meydana döndükdən sonra səbəbkar cərimə zərbəsindən istifadə edə bilməmişdi. Daha sonra Seneqal yığması qələbə qolunu vurmuşdu.

Chosen
55
1
fanat.az

2Sources