Bakı, 17 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1.
Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib, digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru Maksim fərqlənib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.